İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova xərçəng xəstəliyinə tutulmuş Mehmandan yazdı: “Can sınağından kişi kimi çıxacaqsınız”

2078 07.06.2020 14:23 Gündəm A A

Xalq artisti Flora Kərimova xərçəng xəstəliyinə tutulmuş tanınmış bloqer Mehman Hüseynovdan yazıb. 

Musavat.com xəbər verir ki, sənətkar Mehmana teziklə sağalmağı arzulayıb: “İgid odur atdan düşər, atlanar”. Mehman, siz bu xalqın övladısız, siz bu millətin oğlusuz... Keçdiyiniz sınaqlardan alnıaçıq çıxdığınız kimi, bu can sınağından da kişi kimi çıxacaqsız!
Yaradan sizə qıymaz! Gücüm dualara çatır, onu da əsirgəmirəm sizdən və sizlərdən... Kədərlənmək, üzülmək, büdrəmək, uğursuzluq sizdən uzaq olsun! Üzünüzdən saf gülüş əskilməsin!”

F.Kərimovanın paylaşımına şərh yazan Brilliant Dadaşova da Mehmana sağlamlıq arzulayıb: “Florıçka, mənim gözəlim, Allah bütün gəncləri qorusun. Tanımasam da, çox səmimi təbəssümü var. Allah sizi də bizə çox görməsin, səsinizlə daim sevindirəsiniz”. 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR