İnsanlara hürriyət, millətlərə istiqlal!

Fizuli Məmmədov Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova Novqorodda heykəl ucaldılması təşəbbüsü ilə çıxış edib

1019 20.10.2019 13:25 Ölkə A A

Rusiya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov və Təşkilatın Mərkəzi Apparatın üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Müstəqilliyinin 28 ci il dönümünün qeyd edildiyi günlərdə Rusiyanın şimal-qəb regionlarında səfərdədir. RAİ-nin vitse prezidentləri Anar Həsənov və Mais Cəfərov da səfərdə iştirak edir.

Nümayəndə heyəti səfərə Velikiy Novqorod vilayətindən başlayıb. Moskvadan gəlmiş qonaqları Velikiy Novqoroddakı azərbaycanlıların diaspor təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqınının regional nümayəndəsi Elşad Qurbanov və digər həmvətənlilərimiz qarşılayıb.

Diasporun gündəmini müzakirə edərkən Fizuli Məmmədov regionlardakı diaspor təşkilatları ilə koordinasiya işinin vacibliyinə toxunub. “Təkcə kütləvi informasiya kommunikasiyaları vasitəsilə diasporla işi məsafədən koordinasiya etməklə məhdudlaşdırmaq olmaz”, deyən Fizuli Məmmədov, regionlara tez tez səfərlərin təşkilini və yerlərdə diasporu narahat edən məsələlərlə maraqlanmağın vacibliyini əlavə edib .

Səfər çərçivəsində RAİ-nin nümayəndə heyəti Parfino rayonu bələdiyyəsinin rəhbəri Elena Leontyeva ilə görüşüb. Görüşün baş mövzusu Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsinin əbədiləşdirilməsi ideyası olub. RAİ nin prezidenti Fizuli Məmmədov Novqorod torpağında şücaət göstərmiş Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova heykəl ucaldılması təşəbbüsü ilə çıxış edib.

İrəli sürülən təşəbbüs Bələdiyyə rəhbərliyi tərəfindən dəstəklənib. Elena Leontyeva alman faşizmi üzərində qələbənin varislərinin ümumi tariximizə olan münasibətini yüksək qiymətləndirib. Onun sözlərinə görə Parfino ərazisində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 8 döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülüüb ki, onlardan biri də İsrafil Məmmədovdur. Elena Leontyeva qeyd edib ki, rayonun Böyük Vətən Müharibəsi Tarixi müzeyində azərbaycanlı qəhrəman haqda geniş məlumat verilir.

Görüşdən sonra rayon rəhbərliyi RAİ nin nümayəndə heyəti ilə bərabər İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilərə baxış keçirib.

Qarşılıqlı razılığa görə İsrafil Məmmədova abidə Parfino rayonunun girişindəki ərazidə ucaldılacaq. Bu ərazidə abidə-tank və müharibədə həlak olmuş Parfino sakinlərinın adları həkk edilmiş xatirə lövhəsi var. Bu abidələr Parfino rayonunun simvolu hesab edilir

RAİ-nin prezidenti Fizuli Məmmədov sözügedən abidələrin bərpası və İsrafil Məmmədovun abidəsinin ucaldılmasının öz üzərinə götürdüyünü bildirib. Bərpa işləri bitdikdən və abidə ucalıdılandan sonra yerli hökümət bu yerdə Qəhrəmanlar xiyabanının açılışını etməyi planlaşdırır. Layihənin gerçəkləşməsi üçün müvafiq iş prosesinə artıq start verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR