İnsanlara hürriyət, millətlərə istiqlal!

FİTRƏ ZƏKATI NECƏ ÇIXARILMALI VƏ KİMƏ VERİLMƏLİDİR?

15221 07.09.2010 08:21 Ölkə A A
bayramına sayılı günlər qalır. Bu günlərdə hər bir müsəlmanın boynuna gələn vacibatlardan biri də fitrə zəkatı çıxarmaqdır. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Bu mənada insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatını verməzsə, orucu qəbul olmaz. Imam Sadiq(ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.
Fitrə zəkatını verməyin qaydası belədir: bayram gecəsi təzə ayın əvvəli olması sübuta yetdikdən sonra fitrə ayrılmalı və səhər tezdən zöhr namazına qədər verilməlidir. Əgər insanın nəzərində tutduğu fitrəni verəcəyi şəxs uzaq bir yerdə və ya başqa şəhərdə olarsa, onu gözləməyin eybi yoxdur. Əsas odur ki, bayram gecəsi fitrə zəkatı ayrılıb hazır qoyulsun. Bəs hansı şəxslərə fitrə zəkatı vermək vacibdir, zəkatın miqdarı nə qədər olmalıdır və bu zəkat kimə çatmalıdır?
Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalsa belə, həddi-buluğa çatan, ağıllı və fəqir olmayan bir şəxsə özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün fitrə zəkatı verməsi vacibdir. Fitr bayramı gecəsində (məğrib vaxtında) o, özünün çörək yeyənləri hesab olunan şəxslərin də fitrə zəkatını verməlidir. Onun çörək yeyənləri dedikdə bu şəxslər nəzərdə tutulur: istər böyük olsun, istərsə kiçik, istər müsəlman olsun, istərsə kafir, istər o şəxslərin xərcləri onun boynuna olsun, istərsə də olmasın, istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.
Qeyd etmək lazımdır ki, bayram gecəsi uşaq dünyaya gələrsə, onun da fitrə zəkatı atasına vacib olar. Lakin hələ dünyaya gəlməyən, ana bətnində olan uşağın fitrə zəkatının ayrılması müstəhəbdir.
Bayram gecəsi qürubdan (gün batmamışdan) qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsini vermək də ev sahibinə vacibdir. Lakin məğribdən (şam azanından) sonra gələn qonağın fitrəsi ev sahibinə vacib deyil.
Fitrə zəkatının miqdarı belədir: hər bir şəxs adambaşına olmaqla buğda, arpa, xurma, kişmiş, düyü və bu kimi şeylərdən 3 kiloqramını fitrə zəkatına layiq olan şəxsə verməlidir. Yaxud bunlardan hər hansının pulunu versə, kifayətdir. Əgər ailədə beş nəfərdirsə, hər biri üçün yuxarıda qeyd etdiyimiz ərzaqdan vermək olar. Məsələn, biri üçün 3 kq buğda, biri üçün 3 kq xurma və s. Lakin yaxşı olar ki, hər bir şəxs bu ərzağın 3 kq-nı bir ərzaqdan versin. 1 kq xurma, 1 kq kişmiş, 1 kq da düyü vermək olmaz, 3 kq hamısı bir ərzaqdan olmalıdır.
Qeyd edək ki, özünün və ailəsinin illik qazancını təmin edə bilməyən və təmin etmək üçün işi, qazancı, ticarəti də olmayan fəqirdir və fitrə zəkatı ona vacib deyil. Əgər ailədə bir nəfərin fitrəsini çıxarmağa imkan çatırsa, qalanlarının fitrəsini çıxarmağa imkanı olmasa, özünün fitrəsini çıxarıb həyat yoldaşına versin. Həyat yoldaşı da ondan alıb uşağına və beləcə bir ailədə onu bir-birinə ötürdükdən sonra axırda onu aparıb müstəhəqqə (fitrə düşənə) çatdırmaq olar.
Əgər bir şəxsin heç imkanı çatmırsa, ona fitrə zəkatı vacib deyil. Hər neçə nəfər üçün imkan olarsa, onlar üçün verməsi yaxşıdır. Çünki insanın bu əməli onun sağlamlığına və ruhuna çox böyük müsbət təsir göstərir.
Burada bir məqamı da vurğulamaq lazımdır ki, seyid olmayan bir şəxs seyidə fitrə zəkatını verə bilməz. Hətta əgər seyid onun çörək yeyəni hesab olsa belə, onun fitrəsini başqa bir seyidə vermək olmaz. Lakin seyid olan bir kəs həm seyidə, həm də qeyri-seyidə fitrə zəkatı verə bilər.
Fitrə zəkatını qohum-əqrəbada, qonşuluqda olan fəqirə vermək müstəhəbdir. Əgər yaxında, qohum-əqrəbada və qonşuda fəqir yoxdursa, onu uzaq bir fəqirə vermək olar. Qeyd etmək lazımdır ki, fitrə zəkatına möhtac olan şəxs əgər fitrəni alıb günah bir işə xərcləyəcəksə, məsələn, içki alıb içəcəksə, ona fitrə vermək olmaz. Dilənçiliyi özünə peşə seçmiş və dinimizi gözdən salanlara da fitrə zəkatı verilməsi məkruh sayılır. Lakin namaz qılmayan, oruc tutmayan fəqir (imkansız) müsəlmana fitrə zəkatı vermək olar. Bir şərtlə ki, onu aparıb harama xərcləməsin.
Allah ibadətinizi və sədəqələrinizi qəbul eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR