Finlandiya müdafiə xərclərini son 60 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə RBC Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib və 2023-cü ilin aprelində alyansa qoşulub. Bu baxımdan hakimiyyət müdafiə büdcəsini fəal şəkildə artırmağa başlayıb - xərclər keçən illə müqayisədə 36 faiz artaraq 4,8 milyard dollara çatıb.
İndi Finladiyanın müdafiə məsrəfləri ÜDM-in 1,7 faizini təşkil edir. 2023-cü ildə ölkə hakimiyyəti bu rəqəmi artırmağı və iki faiz həddinə çatdırmağı planlaşdırır, çünki bu dəyər NATO üzvləri üçün standart rolunu oynayır.
Qeyd olunur ki, 2022-ci ildə müdafiə xərclərinin üçdə biri yeni silahların alınmasına xərclənib. Xüsusilə qırıcılar və raketdən müdafiə sistemləri alınıb.
Bundan əvvəl Finlandiyanın Rusiya təhlükəsi ilə bağlı Aland adalarını silahlandırmağı planlaşdırdığı bildirilirdi.
Musavat.com






