İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya alimləri oyun hərislərini burun spreyləri ilə sağaltmağı təklif edirlər

608 10.01.2018 19:14 Dünya A A

Finlandiyada azartlı oyunlardan asılılığa qarşı mübarizə üçün nalokson tərkibli tez təsir edən burun spreyi sınaqdan keçirilir. Bu preparat artıq narkomaniyanın müalicəsində tətbiq edilir.

AZƏRTAC xəbər verir ki, bir qrup finlandiyalı tədqiqatçının fikrincə, sprey formasında dərman oyun asılılığını da aradan qaldıra bilər.

Helsinki Milli Sağlamlıq və Rifah İnstitutunun professoru Xannu Alxonun sözlərinə görə, oyundan asılılığı müalicə etmək cəhdi indiyədək tərkibində nalokson kimi maddənin olduğu həblərin qəbulu ilə bağlı idi. Həmin dərman üstünlüyünü göstərdi, lakin həb öz təsirini uzun müddətdən – azı bir saatdan sonra göstərdiyi üçün faydalı olmadı. Sprey formasında dərman isə beynə bir neçə dəqiqədən sonra çatır.

Eksperiment növbəti həftədən başlanacaq və bir il davam edəcək.

Son məlumata görə, Finlandiyada 15-74 yaş arasında insanların 2,7 faizi azartlı oyunlardan asılıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR