İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippin “COVID-19” virusuna görə əcnəbilərin ölkə ərazisinə girişinə qadağa qoyacaq

294 20.03.2020 17:33 Son xəbər A A

 

Filippin hökuməti “COVID-19” virusuna qarşı mübarizə tədbirləri çərçivəsində əcnəbilərin ölkə ərazisinə girişinə qadağa qoyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “GMA News” telekanalı Filippin Nəqliyyat Departamentinə istinadla məlumat yayıb.

Bildirilir ki, martın 22-də gecə yarıdan başlayaraq, əcnəbilərin ölkə ərazisinə girişinə müvəqqəti qadağa tətbiq olunacaq.

Bu zaman, xaricdə yaşayan Filippin vətəndaşlarının və həyat yoldaşı bu ölkənin vətəndaşı olan şəxslərə güzəşt ediləcəyi də qeyd olunur. Bununla yanaşı, Filippində akkreditasiya olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin və əcnəbi məmurların da ölkəyə buraxılacağı bildirilir.

Bundan əlavə, Filippin hökumətinin öz vətəndaşlarına turist kimi başqa ölkələrə getməsinə qadağa qoyulduğu da qeyd edilir.

Bir qədər əvvəl Filippinin Xarici İşlər naziri Teodoro Loksin hökumətin yeni koronovirus təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində xarici dövlətlərin vətəndaşlarına viza verilişini müvəqqəti dayandırdığını bildirmişdi.

Əlavə olaraq qeyd edək ki, Filippin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, bu ölkədə 230 “COVID-19” virusuna yoluxma halı qeydə alınıb və onlardan 18-i həyatını itirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR