İnsanlara hürriyət, millətlərə istiqlal!

FIFA referisi Mahir Emrelinin dirsək zərbəsi aldığı epizodu şərh edib

1072 12.04.2022 02:09 İdman A A

Xorvatiyalı FIFA referisi Mariyo Strahonya Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emrelinin "Riyeka"ya qarşı XXX tur matçında sifətinə dirsək zərbəsi aldığı epizodu şərh edib.

"Report"un məlumatına görə, keçmiş baş hakim meydan sahiblərinin müdafiəçisi Anton Kresiçin Azərbaycan millisinin hücumçusuna qarşı etdiyi hərəkətin aşkar kobudluq olduğunu bildirib.

Hazırda Xorvatiya Futbol Federasiyasında ekspert kimi çalışan mütəxəssis deyib ki, həmin epizodda 26 yaşlı arxa xətt oyunçusuna göstərilən qırmızı vərəqə doğru qərar idi: "VAR epizoda mükəmməl müdaxilə etdi. Futbolçu meydandan qovulmağa layiq idi".

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun "Riyeka"ya 2:1 hesabı ilə qaldiyi matçın 79-cu dəqiqəsində fərqlənərək, hesabı bərabərləşdirib. Bu, 25 yaşlı forvardın Zaqreb klubunda ilk qolu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR