İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: Şirvanda “Kür” otelində güclü yanğının baş verməsi məlumatı yanlışdır

273 29.07.2015 10:19 Son xəbər A A
Şirvan şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı “Kür” otelində güclü yanğının baş verməsi ilə bağlı KİV-lərdə yayılan məlumat yanlışdır.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, “Kür” otelində yanğın hadisəsi baş verməyib.

Ötən gün Şirvan şəhərində yanğın Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzildə baş verib. Mətbəxdə məişət qaz balonu alışıb və paltaryuyan maşın qismən yanıb.

Poçtun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR