İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrupu Türkiyəyə çatıb

314 07.08.2021 01:34 Son xəbər A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, 200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

Şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR