İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail İbrahimlidən qınaq: “13 yaşlı qız məcburi şəkildə ərə verilir, 15 yaşlı qızı götürüb qaçırlar”

514 30.12.2020 13:01 Ölkə A A

Vitse-spiker Fəzail İbrahimli Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” ilə bağlı çıxış edərkən maraqlı fikirlər söyləyib.

Musavat.com-un məlumatına görə deputat bildirib ki, gender bərabərliyi qadınlara Tanrı tərəfindən verilib: “Bəzi qadınların haray salmasına ehtiyac yoxdur. Deyək ki, bir qızı 5 oğlan istəyir, qız seçim edir, yoxsa 5 oğlan? Təbii ki, burada seçimi edən qadın, qız tərəfdir. Bu hüquq Tanrı tərəfindən qadına verilib. İslamda belə bir qayda var idi ki, qadının xətrinə dəyən kişi onunla barışmaq üçün bir neçə dəvə verməlidir. Bundan böyük gender bərabərliyi varmı?”

F.İbrahimli əlavə edib ki, gender bərabərliyi süni şəkildə yaradıla bilməz: “Seçkili orqanlara demək olmaz ki, sən qadını seç, kişini seçmə! Yaxud ali təhsil sahəsində gender bərabərliyini süni şəkildə tətbiq etmək olmaz. Kimin savadı var, aspiranturaya daxil olur. Gender siyasətində əsas mübahisə bunun üstündə getməlidir ki, 13 yaşlı qız məcburi şəkildə ərə verilir, 15 yaşlı qızı götürüb qaçırlar. Yoxsa kişilərin sinəsindən itələ geri at, de ki, “bu, siyasətdir”, mən razı deyiləm”.


E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR