İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəxri ad almaq üçün nə lazımdır: tanışlıq, yoxsa...- Sənətkarlar danışdılar

3392 19.06.2020 12:20 Mədəniyyət A A

“Xalq artisti alanlar siyahısında adı olmadığı üçün ürəyi partladı”

Bir müddətdir ki, mətbuatda, sosial şəbəkələrdə bəzi aktyorlar xalq artisti adını almamaqdan şikayətlənir, sənətinə dəyər verilməməsindən gileylənir. Bəziləri uzun müddətdir ki, aktyorluq sənətində olduğunu əsas gətirərək, fəxri ad ala bilmədiyi üçün işlədiyi teatrın rəhbərliyini, bəzən də mədəniyyət nazirliyini günahlandırır.

Qeyd edək ki, fəxri ad məsələsi illərdir ki, müzakirə olunmaqdadır. Hətta bəzi tanınmış ictimaiyyət nümayəndələri fəxri adlardan “Sovet iyi gəldiyini”, onların ləğv olunmasının artıq vaxtı gəlib çatdığını bildirir. Bəziləri isə bu fikirlərin əksini düşünür və qeyd edir ki, əslində fəxri adlar aylıq təqaüddən başqa şəxslərə böyük imtiyazlar, ev, maşın, ən əsası mənəvi ruh verir.

Bəs aktyor hansı kriteriyalara görə xalq artisti adına layiq görülür? Bu aktyorun səhnədə, kinoda yaratdığı obrazların keyfiyyətinə, yoxsa kəmiyyətinə görə hesablanır?

Xatırladaq ki, Sovet dövründə fəxri adlara layiq görülmək müşkül məsələ idi. Hətta çox dəyərli, məşhur, yaratdığı obrazları ilə hələ də dillər əzbəri olan aktyorlar zamanında heç bir fəxri ada layiq görülməyib. Onlarına arasında xalq artisti Yaşar Nurinin atası, məşhur aktyor Məmmədsadıq Nuriyev də var. Uzun illər teatr səhnəsində çalışan aktyor kinoda xüsusən “Uşaqlığın son gecəsi” filmdəki Davud obrazı ilə tamaşaçıların yaddaşında qalıb. Onun “Yeddi oğlul istərəm”, “Axrıncı aşırım” filmərindəki obrazları da diqqətə layiqdir. Lakin Məmmədsadıq Nuriyev nəinki xalq, heç əməkdar fəxri adına da layiq görülməyib. Bir çoxu bəlkə də bilmir ki, məşhur aktyor Fazil Salayev də fəxri da layiq görülməyib. Onun filmlərdə, eləcə də "Mozalan" satirik kinojurnalında yaratdığı obraz və tipajlar bu gün də sevilərək izlənilir.

Ə nə var e, Ələsgər, Ələsgər”… » Demokratik.Az

Hər kəsin Ələsgər kimi tanıdığı Əsgər Məmmədoğlu da xalq artisti adına layiq görülməyib.

Məsələ ilə bağlı ölkənin ən tanınmış sənətkarlarının rəyini öyrənməyə çalışdıq.

Afaq Bəşirqızı Akademik Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək

Xalq artisti Afaq Bəşirqızı qeyd etdi ki, aktyor kinoda, teatrda yaratdığı obrazlara görə fəxri ada layiq görülür: “Fəxri ad aktyora teatrın yükünü çiynində apardığına, teatrın sütunu olduğuna, teatrın kassasına gəlir gətirdiyinə görə və ən əsası da xalq tərəfindən görə layiq görülür. Duzsuz, şit verilişlər aparanlar adamlar heç vaxt xalq tərəfindən sevilmirlər. Hamını, bütün sənət adamlarını bu dəqiqə bu sual çox maraqlandırır: Fəxri adlar əslində kimlərə verilməlidir? Bəziləri düşünür ki, “əgər mən çox rol oynamışamsa, çox mahnı oxumuşamsa, artıq əməkdar və yaxud Xalq artisti adını almalıyam. Bizim sənətdə həmişə keyfiyyət kəmiyyəti üstələyib. Amma indi təəssüflər olsun ki, vəziyyət əksinə olub. Sənətə “barmaqarası” baxanlar çox oldu və bu da nəticədə bəzilərində pessimistlik, bəzilərində müştəbehlik, bəzilərində isə hegemonluq yaratdı.  Sizin də qeyd etdiyiniz kimi, Əsgər Məmmədoğlu zamanında Xalq artisti fəxri adına layiq görülməmişdi. Eləcə də həm kinoda, həm də teatrda aparıcı rolları oynayan Kamil Qubuşov da fəxri ada layiq görülməmişdi. O, qəzeti açdı və gördü ki, xalq artisti adı verilənlərin siyahısında onun adı yoxdur, ürəyi partladı öldü.

Xalq artisti olmayan — XALQIN ARTİSTLƏRİ

Məmmədsadıq Nuriyev

Gözlərində bir dünyanın qəmi olan Fazil Salayev gülüş aktyoru idi və onu mozalanları, filmləri, dediyi aforizmlər hələ də dillərdədir.

Yaddan çıxmış sənətkarlar: Səhnəmizin fəxri ad almayan əhli-kef ...

Fazil Salayev

Halbuki o, heç bir fəxri ada layiq görülməyib. İndi bu ad üçün çırpınanlar, səs-küy salanlar var. Onların arasında bu ada layiq olan da, olmayan da var. Çırpınırlar ki, mütləq bu adı almalıyam. Niyə almalısan? Gətir sənətini qoy göz qabağına, görək hansı obrazına görə sənə bu ad verilməlidir?

Zamanında mədəniyyət nazirliyində bizim komissiyamız var idi. Orada Niyazi, Qəmər Almaszadə, Fikrət Əmirov, yazarlardan Anar və digərləri var idi. Təxminən 12 nəfərlik komissiya idi. Fəxri adlar veriləndə mütləq həmin komissiyadan keçməli idin və sənin seçilməyin üçün bütün komissiya üzvlərinin yekdil qərarı olmalı idi. Komissiya müzakirə aparırdı, daha sonra siyahı prezidentin stolunun üstünə gedirdi. Ona görə də mən elə gəlir ki, həmin o komissiya yenidən yaradılmalı, düzgün ədalətli, şəxsi istəkləri olmayan, eyni zamandan incəsənət aləmində böyük xidmətləri olan savadlı, gözəl xadimlər komissiyaya üzv seçilməli və yalnız onların qərarından sonra təqdimat olmalıdır”.

Hacı İsmayılov: "Dilim başıma bəla olub, həmişə paxıllığımı ...


Xalq artisti Hacı İsmayılov isə qeyd etdi: “Xalq artisti adına layiq olmaq üçün birinci növbədə xalqın sevgisini, hörmətini , rəğbətini, qazanmaq lazımdır. Təəssüflər olsun ki, indi hamı istəyir ki, fəxri adı olsun. Hətta çox qabağa qaçırlar. Mən bunu düzgün hesab etmirəm. O mənada ki, gərək müəyyən qədər əziyyət, zəhmət çəkəsən, layiq olduğun vaxtda layiq olduğun fəxri ada layiq görüləcəksən. Hər kəs ətrafına, yan-yörəsinə baxır, elə bilir ki, bu sənətlə məşğuldursa, deməli mütləq fəxri ad almalıdır. Belə şey yoxdur. Gərək nəsə yaradasan, 1 və yaxud 2 obrazınla ya teatrda kinoda obrazın olsun, həmin obrazına görə də tanınasan. Məsələn, desinlər ki, filan obrazı oynayan aktyor. Əgər haqqında belə demirlərsə, fəxri ad vermək lazım deyil. Əgər hansısa tamaşada, kinoda yaxşı rol oynayıb deyirlərsə, deməli müəyyən dövrdə fəxri ad vermək olar”.

Hacı İsmayılov qeyd edib ki, fəxri adların verilməsi adi hal almamalıdır: “İndi müşahidə edirik ki, fəxri adların verilməsində tələskənlilik olur. Mənə elə gəlir ki, vaxtında hər kəsə layiqli fəxri adı veriləcək, buna görə narahat olmağa da dəyməz. Tələsməsinlər, əsas odur ki, sənətə gələnlər öz qarşılarına məqsəd qoyub ki, bu sənətə, millətə, dövlətə xidmət etsin”.

Rasim Balayev 1300 manat təqaüd alır...” — İttifaqdan açıqlama

Xalq artisti Rasim Balayev də son zamanlar aktyorların fəxri ad almaq üstündə səs-küy salmaqlarını xoş qarşılamadığını dedi: “Yadımdadır ki, Akademik Milli Dram Teatrında çoxlu sayda aktyor var idi ki, illərlə çalışdılar, səhnədə oldular, amma onlara fəxri adlar verilmədi. İndi isə zayı çıxıb, kimə baxırsan xalq artistidir. Yerindən duran hamının ağlına gəlir ki, o ad almalıdır. Onlarda da günah yoxdur. O qədər adama fəxri ad veriblər ki, indi hamı istəyir. Mən 34 yaşımda xalq artisti adına layiq görülmüşəm və bu barədə xəbərim olmayıb, sonra qəzetdən oxumuşam. Ümumiyyətlə fəxri adlar Sovet dövründən qalan ənənədir. Gəncliyimdə bir türk aktyoru ilə söhbətləşəndə, nə qədər etdimsə onu başa sala bilmədim ki, bizdə fəxri adlar var. Soruşdum ki, sizdə sənətçiləri necə dəyərləndirirlər? Cavab verdi ki, “bizdə iki cür sənətçi var – varlı və kasıb sənətçi. Yaxşı aktyorun işi çox olur və yaxşı dolanır. Fəxri adların verilməsi də kriteriyalara görə olur. Əgər sən 3 obraz yaratmısansa o demək deyil ki, fəxri ad tələb etməlisən.  Əgər mən olsaydım, ümumiyyətlə fəxri ad məsələsini ləğv edərdim”.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin “Profil“i ...

Kinoşünas Aydın Kazımzadə isə bildirdi ki, fəxri ad məsələsində sərhəd yoxdur: “Bu sahədə xidmətləri olan aktyor, rejissor, operator bu əməkdar artist adını alır. Amma Xalq artisti adı, diqqət edin, burada xalq sözü var. Xalq, millət səni tanımalı, sevməli, yaratdığın əsərləri, obrazları tanımalı, onlar haqında danışa bilməldirlər. Yalnız bundan sonra sən bu fəxri ada layiq görülə bilərsən. Xalq artisti fəxri adını almaq nadir hadisədir, bu, kütləvi ola bilməz.

Zamanında Nəsibə Zeynalova kimi sənətkarımız əməkdar artist alandan uzun illər sonra xalq artisti adına layiq görülmüşdü”.

Teatrşünas Xəyalə Rəis isə qeyd etdi ki, fəxri adlar öz sahəsində çalışan insanları daha da ruhlandırmaq, onların gördükləri işin qiymətləndirilməsi anlamına gəlir: “İncəsənət yaradıcı sahədir, burada stimul, əməyə dəyər, qiymətləndirilmək xüsusi önəm daşıyır. Bu sahənin yaradıcıları kövrək qəlbli və həssasdırlar. Fəxri adlar isə onların daha çox həvəsləndirilməsi və məhsuldar işləməsi üçün nəzərdə tutulub. Fəxri adlar heç bir peşəkarlıqdan xəbər vermir. Bu adlar onlara teatrdakı və sənətdəki əməklərinə görə verilir. Bəzən elə dəyərli sənətkarlarımız var ki, onlara xalq tərəfindən böyük rəğbət bəslənir və həddən artıq sevilir.

Bütün bunlara baxmayaraq onların heç birinin fəxri adları yoxdur. Onlar xalq artisti olmasalar da xalqın artisti olmağı bacaranlardır.
Özünə hörmət edən və sənəti üçün çalışan insanlar əslində bu məsələlərə o qədər də əhəmiyyət vermirlər. Ancaq hər dəfə fəxri adların siyahısı çıxanda bir əlində su digərində ürək dərmanı siyahını gözləyirlər. Adlarını siyahıda görmədikdə isə içlərindəki o kini sosial şəbəkələrdən göstərirlər. Əslində bu adı dövlət tərəfindən onlara həvəsləndirmək, daha da məhsuldar çalışmaq üçün verilsə də biz bunun əksinin şahidi oluruq. Belə ki, aktyorlar fəxri adlara layiq görüləndən sonra sanki missiyalarının tamamlandığını hesab edirlər. Sanki illərdir bunun üçün çalışıblar və artıq istəklərinə çatıblar. Bununla da iş bitdi”.

X.Rəis bildirdi ki, Fəxri adlar o sənətkarlara verilir ki, o il ərzində daha çox obraz yaradıb, sənət naminə nələrsə edib: “Təbii ki, bu prosesdə teatrların direktorları və baş rejissorlarının da rolu böyükdür. Belə ki, nazirliyə fəxri adlara layiq olan sənətkarların siyahısını məhz onlar hazırlayırlar. Nazirlikdən isə siyahı ilə oturub baxmırlar ki, filan aktyor filan teatrda neçə obraz canlandırıb, neçə dəfə səhnəyə çıxıb, bu bir il ərzində hansı işləri görüb. Əlbət ki, əgər teatr məsləhət bilib onları adlarını göndəribsə elə həmin sənətkarlar atasından da seçimlər edilir. Teatrlardan isə daha çox baş rejissorun dostu, sirdaşı və teatrın direktorunun məsləhətçilərinin adları o siyahıda yer alır. Aktyorlar tanıyıram ki, neçə ildir səhnədədir, ancaq hər dəfə adı o siyahıdan məhz baş rejissorun inadı və prinsipi ilə çıxarılır. Bir məqamı da qeyd edim ki, mən istənilən halda hər iki tərəfi qınayıram. Çünki aktyor səhnəyə çıxıb obraz canlandırırsa, bunu havayı etmir. Obraz canlandırırlar və bunun müqabilində hər bir sahədə çalışan işçi kimi maaşlarını alırlar. Bunun üçün sinələrini qabağa verib “Mən bu sənət üçün ömrümü fəda etmişəm” deyənləri anlamaqda çətinlik çəkirəm. Onda biz də mətbuatda çalışırıq, işləyib maaşımızı alırıq. İndi deyək ki, mətbuat üçün canımızı qurban vermişik?”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR