İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəxrəddin Manafov: “Ruhumuz hər zaman Vətənimizdə idi”

740 06.02.2024 10:21 Mədəniyyət A A

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”.

Musavat.com xəbər verir ki, bu fikirləri  Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, xalq artisti Fəxrəddin Manafov deyib.

İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə hazırlanmış növbəti videoçarxı təqdim edirik.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR