İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəvvarələr meydanında fövqəladə vəziyyət (VİDEO, FOTOLAR)

11478 10.03.2013 13:13 Son xəbər A A

Fəvvarələr meydanında hər şey ilk baxışdan sakit görünsə də, bu, daha çox tufan qabağı sakitliyə bənzəyir. Əməkdaşımz Emil Salamoğlunun bu gün "Əsgər ölümlərinə son" şüarlı aksiyanın keçiriləcəyi meydan barədə ilk təəssüratı belədir.

Reportyorumuz bildirir ki, şəhərin mərkəzində indiyə qədər görünməmiş miqyasda qoşun birləşmələri cəmləşdirilib. Onların daha çox çevik polisi alayı və daxili qoşunların əməkdaşları olduğu görünür. Dəbilqəli, dəyənəkli polislər avtobuslarda oturub gözləyirlər. Xeyli miqdarda ətrafda gəzişən mundirli və mülki geyimli hüquq-mühafizə orqanı əməkdaşları da var.
E.Salamoğlunun sözlərinə görə, Kukla Teatrının qarşısında və "Makdonalds"ın arxasında çoxlu polis dolu avtobuslar var: "Əraziyə təcili tibb yardım maşınları gətirilib. Fəvvarələr mühasirədədir və bura giriş mümkünsüzdür".

Fəvvarələr meydanına yaxın ərazidə supüskürdən maşınların olduğunu deyən əməkdaşımız əlavə edir ki, bununla belə, martın 10-da saat 15-ə təyin edilmiş aksiyanın hakimiyyətin aqressiyası və həyata keçirdiyi repressiya səbəbindən təxirə salınıb-salınmayacağı hələ bilinmir.

***

Turan-ın məlumatına görə, ərazidə yerləşən YAP-in mərkəzi qərargahı qarşısında suvuran və zirehli maşınlar, mobil telefon rabitəsini məhdudlaşdıran xüsusi aparatlar quraşdırılmış avtomobil və digər texniki vasitələr gətirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edir. Hazırda sakitlikdır.

***

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və Mübariz Qurbanlı Fəvvarələr Meydanındadır. Aksiyanın keçiriləcəyi ərazidə sakitlikdir. Hələlik burda polislər və jurnalistlər toplaşıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR