İnsanlara hürriyət, millətlərə istiqlal!

Fernandu Santuş: "Ronaldunun Azərbaycana getməsinin mənası yoxdur"

690 02.09.2021 13:57 İdman A A

"Kriştianu Ronaldunun bizimlə gedim-getməyəcəyinə qərar verəcəyik".

"Report"un məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

67 yaşlı mütəxəssis sarı vərəqə aldğı üçün cəzalı duruma düşən 36 yaşlı hücumçunun durumu haqqında danışıb: "24, 25 oyunçumuz var. Ronaldu Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoldaşlıq oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3,5 saata Azərbaycana çatacağıq".

Qeyd edək ki, sentyabrın 4-də Qətərlə yoldaşlıq matçında qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldu cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR