İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Osmanov: "Azərbaycanda onlayn xidmətlərin və biletlərin alınması ilə bağlı narahatlıq AMB-nin diqqətindədir"

309 12.02.2020 20:54 İqtisadiyyat A A

"Azərbaycan Mərkəzi Bankı (AMB) xarici banklara məxsus plastik kartlar vasitəsi ilə Azərbaycan ərazisində ödənişlər zamanı yaranan problemin aradan qaldırılması üçün çalışır".

Bunu "Report"a eksklüziv açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov deyib.

F.Osmanovun sözlərinə görə, xarici banklara məxsus kartlar vasitəsi ilə Azərbaycanda onlayn xidmətlərin və biletlərin alınması ilə bağlı yaranan narahatlıq AMB-nin diqqətindədir:

"Hazırda bu məsələlərlə bağlı kommersiya bankları və digər aidiyyatı qurumlarla danışıqlar aparılır. Tezliklə bu məsələlərin həll olunmasına çalışırıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR