İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərəc və Sirac Kərimli qardaşlarının adına sayt fəaliyyətə başlayıb

1616 05.08.2014 12:23 Son xəbər A A
Həbs edilən Müsavat Gənclər Təşkilatı (MGT) MTK-nin sədri, gənc blogger Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin adına sayt fəaliyyətə başlayıb. Sayt  (freedomforfaraj.com)  adlanır. Saytda qardaşların həyatı, fəaliyyətləri və qanunsuz həbsləri ilə bağlı məlumatlar yerləşdirilib. Bu barədə musavat.com-a Kərimov qardaşlarının müdafiə komitəsi tərəfindən məlumat verilib. 

  Məlumatda qeyd edilir ki, saytda Fərəc Kərimovun Hüquqlarının Müdafiə Komitəsi adından yerli və beynəlxalq təşkilatlara, vətəndaş cəmiyyəti nümayəndələrinə, insan haqları müdafiəsi təşkilatlarına və hüquq müdafiəçilərinə İngilis və Azərbaycan dillərində müraciət yerləşdirilib. Sayta daxil olan şəxs adını, soyadını, e-mail adresini və bu həbslə bağlı qısa şərhini (məs.#freedomforfaraj) yazıb göndər (send) düyməsinə vurmaqla mətni saytın bazasına yerləşdirilmiş 70-dən çox insan haqları müdafiəsi təşkilatlarına və səfirliklərə göndərə biləcək. Sayt iki dildə fəaliyyət göstərir. Azərbaycan dili bölməsində saytın bazasına yerli təşkilatların, ingilis dili bölməsində isə xarici təşkilat və səfirliklərin e-mail adresləri yerləşdirilib. Qeyd olunur ki, elektron imza sistemi Azərbaycanda bu formada ilk dəfə tətbiq edilir.
Qeyd edək ki, Fərəc Kərimli iyulun 23-də həbs edilib. Onun həbsindən bir həftə əvvəl qardaşı Sirac Kərimli həbs edilib. Hər iki qardaşa qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə (kütləvi şəkildə narkotik maddələr əldə etmə, saxlama və satma) cinayət işi açılıb. Onları bu maddə üzrə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR