Bakının mərkəzində, Nizami küçəsində feminist fəallar 8 mart - Qadınlar günündə aksiya keçiriblər.
Musavat.com xəbər verir ki, polislər Fəvvarələr meydanında aksiya iştirakçısına mane olmayıb.
Aksiya başlamazdan öncə polis təşkilatçılara yaxınlaşaraq, bayram günü münasibətilə onları təbrik edib. Onlara "McDonalds" restoranının yanından Natəvan heykəlinin qarşısına qədərki qrafik üzrə hərəkət etmək tövsiyə olunub.
Aksiya insidentsiz başa çatıb.
Aksiyada feministlər müxtəlif şüarlar səsləndiriblər. Onlar aksiyanın sonunda hazırladıqları bəyanatlarını da səsləndiriblər. Feministlər qadın qətllərinə və uşaq zorakılıqlarına qarşı çıxdıqlarını və bu məsələdə sonuna qədər mübarizə aparacaqlarını bildiriblər.
Sözügedən aksiyanın GÖRÜNTÜLƏRİNİ təqdim edirik:
Musavat.com






