İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinlilər Suriyadan təxliyə edilir

463 06.04.2015 11:00 Dünya A A
Böyük hissəsi İŞİD-in əlinə keçmiş Suriyadakı fələstinlilərin qaçqın düşərgəsindən 2 min nəfər təxliyə edilib. 

Müsavat.com-un məlumatına görə, bu barədə Fələstin Qurtuluş Təşkilatının icra heyətinin üzvü Əhməd əl-Mecdelani xəbər verib. O, bildirib ki, Yermuk qaçqın düşərgəsi İŞİD və Əsəd ordusu tərəfindən vurulur. Bu səbəbdən də fələstinlilər buradan təxliyyə edilir. 

Suriya Müxalif və İnqilabçı Qüvvələr koalisiyasının başqanı Xalid Hoca isə Azad Suriya Ordusuna səslənərək düşərgənin İŞİD və Əsəd qüvvələrindən qorunmasını istəyib. Xalid Hoca düşərgədəki mülki şəxslərin hər an bir terrorla qarşı-qarşıya olduğunu bildirib. 

Qeyd edək ki, yemruk düşərgəsi Suriyada fələstinlilərin məskunlaşdığı ən böyük qaçqın düşərgəsidir. Suriyadakı vətəndaş mühribəsindən əvvəl bu düşərgədə 950 min fələstinli məskunlaşmasına baxmayaraq indi bu rəqəm 18 mindir.


Gülnar

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR