İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fəlakət” təqdim olundu: “Yaxşı qonorar verdilər...” – FOTOLAR

1611 21.11.2018 15:15 Şou-biznes A A

Ötən gün “Cinema Plus” kinoteatrında “Fəlakət” filminin təqdimat mərasimi keçirilib. 

Musavat.com xəbər verir ki, baş rolunu “Bozbaş Picture” komandasının üzvü Elşən Orucovun canlandırdığı ekran işinin nümayişinə şou-biznesin tanınmış simaları, “Fəlakət”in aktyor heyəti və media nümayəndələri qatılıb.

Öncə xüsusi ayrılmış otaqda jurnalistlərin suallarını cavablandıran aktyorlar daha sonra qırmızı xalı üzərindən keçərək öz təəssüratlarını bölüşüblər.

E.Orucov deyib ki, ilk dəfə komandadan ayrı filmə çəkilir: “İlk dəfədir ki, “Fəlakət” kimi tək çəkilirəm. Mənim üçün riskli və məsuliyyətli iş idi. Amma komandadan arxayın idim. Peşəkar insanlardır. Həm də film üçün alacağım qonorar məni qane etdi, razılaşdım. İnanıram ki, “Fəlakət”lə insanların simasında gülüş yarada biləcəyik”.

Qeyd edək ki, filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissoru Emil Quliyevdir. 

Könül İbrahim,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR