İnsanlara hürriyət, millətlərə istiqlal!

FED rəhbəri bazarları sevindirdi: Bu ildən faizlərin azaldılması başlaya bilər...

529 07.03.2024 23:55 İqtisadiyyat A A

ABŞ Federal Ehtiyat Sistemi (FED) Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini “ehtiyatla” azaltmaq niyyətindədir.

Bunu FED-in sədri Cerom Pauel deyib.

ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə ondan maliyyə tənzimləyicisinin ölkədə iş yerləri ilə bağlı vəziyyətə mənfi təsir göstərə biləcək faiz dərəcələrinin azaldılmasını niyə gecikdirdiyi soruşulub. "Biz bu riski yaxşı başa düşürük və bunun qarşısını almaq üçün əlimizdən gələni edirik.

Biz artıq daha da güclü iqtisadi artım, sabit əmək bazarı və inflyasiyanın azaldılmasında davamlı irəliləyi görürük. Əgər iqtisadiyyat bu yolda inkişafa davam edərsə, biz inanırıq ki, daralma siyasətinin yumşaldılması prosesi bu il ərzində ehtiyatla başlaya bilər", - Pauell cavab verib.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgievanın daha əvvəl bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz endiriminə gecikməsi bunu tez etməkdən daha yaxşıdır. Yanvarın 31-də Pauell açıqlayıb ki, FED-in mart ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltmağa qərar vermə ehtimalı azdır. Eyni zamanda o, ABŞ-ın bu ilin sonunda baza faiz dərəcəsini endirməyə başlaya biləcəyini vurğulayıb.

Amerika Mərkəzi Bankı yanvarın sonunda baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Bu qərar komitənin bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Növbəti iclas martın 19-20-də baş tutacaq. Bazarlar tənzimləyicinin 30 aprel - 1 may tarixlərində keçiriləcək iclasda məzənnəni endirəcəyini gözləyir. Yanvarda ABŞ-da inflyasiya illik müqayisədə 3,1 faizə enib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR