İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəaliyyətinə icazə verilən kafe və restoranlarda hazırkı durum- Videoreportaj FOTO

868 04.02.2021 18:07 Reportaj A A

 


Fevralın 1-dən etibarən Azərbaycanda kafe və restoranların fəaliyyəti bərpa olunub.

Ötən ilin dekabrın 14-dən bağlı qalan bu iaşə obyektləri artıq bir neçə gündür ki, müştərilərin xidmətindədir.

Qeyd edək ki, bu cür iaşə obyektlərinin fəaliyyətinə icazə verilsə də müəyyən tələblər öz yerində qalmaqdadır. Belə ki, restoran, kafe, çay evlərində qəlyan avadanlıqlarından istifadə etmək, bir masa arxasında 6 nəfərdən artıq şəxsin oturması qadağandır. Daha bir tələb - müştəri iaşə obyektinə maskasız daxil ola bilməz, yalnız masaya əyləşdikdən sonra öz maskasını çıxardaraq, sifarişini verə bilər.

Bəs restoran və kafelər bu tələblərə necə riayət edir?

Bununla bağlı Musavat.com-un əməkdaşlarının hazırladığı videoreportajı təqdim edirik:

Xalidə Gəray,
Alim Liftiyev,
Rafət Şahbazov,

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR