İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Prezidentliyə namizəd oldu: Böyük Quruluşun qərarı - FOTOLAR

2113 16.12.2023 12:37 Son xəbər A A

 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Musavat.com-a bu barədə Böyük Quruluş Partiyasından məlumat verilib.

Bildirilib ki, bu gün partiyanın Ali Məclisinin iclası keçirilib və Fazil Mustafanın Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, bu zamana qədər prezidentliyə namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev (YAP tərəfindən), Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, deputat Zahid Oruc (özü tərəfindən) irəli sürüb.

Fazil Mustafanın namizədliyi ilə Azərbaycan Prezidenti seçkisində (7 fevral 2024) iştirak edəcək iddiaçıların sayı 3 oldu.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR