İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Prezident İlham Əliyevə zəng etdi

1213 08.02.2024 16:48 Siyasət A A


Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng edib.

Musavat.com xəbər verir ki, Fazil Mustafa demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildirib.

Fazil Mustafa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR