İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: "Bütün hallarda ən radikal müxalifət partiyaları dövlətçiliyin dəyərini başıpozuq qaragüruhçu kütlədən daha yaxşı anlayır"

983 12.06.2020 20:22 Siyasət A A

Deputat Fazil Mustafa bu gün Milli Məclisdə müxalifət partiyaları ilə bağlı məsələlərə toxunub.

Musavat.com xəbər verir ki, millət vəkilinin sözlərinə görə, Azərbaycanda olan bütün siyasi partiyalar hüquq sistemi içinə qaytarılmalıdır:

"Müxalifət haqqında qanun qəbul olunmalı, istər radikal, istər ideoloji, istərsə də konstruktiv müxalifət partiyalarının fəaliyyətinin hüquqi çərçivəsi bu qanunla tənzimlənməlidir. Sultan Əbdülhəmid öz yaxınları vasitəsilə xaricdə yaşayan ən kəskin müxaliflərinə vəsait çatdırırdı və onların xəbəri olmurdu ki, bu vəsait sultandan gəlir. Arqumenti də bu idi ki, onlar mənə qarşı müxalifətdədirlər. Onların ehtiyac üzündən xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alınıb, öz dövlətlərinə qarşı düşmənə çevrilmələrinə imkan yaratmayaq. Bu anologiyanın tətbiqi olsun deyə, burada xatırlatmıram, sadəcə onu bilirəm ki, Müsavat da, AXCP də siyasi sistemin içində hakimiyyətlə mədəni və siyasi oyun qaydalarına uyğun fəaliyyət göstərsələr, xaricdə və daxildə olan artıq yalnız antihakimiyyət deyil, həm də antidövlət elementinə çevrilmiş qaragüruhçu zümrədən uzaqlaşmasına imkan yaranar, ölkənin demokratikləşməsi üçün töhfə verə bilərlər".

F. Mustada deyib ki, son vaxtlar ölkə prezidentinin təşəbbüsü ilə siyasi partiyalarla aparılan dialoq və prezident adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir:

"Bu prosesi səbirlə davam etdirmək lazımdır. Azərbaycan cəmiyyətində siyasi partiyalar arasında münasibətlərin mədəni səviyyəsinin yüksək olmasından ancaq cəmiyyətimiz qazanar. Həm də siyasi partiyalar proporsional sistemin bərpası ilə parlament demokratiyasını da gücləndirilə bilər. Bütün hallarda ən radikal müxalifət partiyaları dövlətçiliyin dəyərini başıpozuq qaragüruhçu kütlədən daha yaxşı anlayır və böhran ehtimalı yaranarsa, dövlətin çökməsinə maraqlı olmaz".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR