"Pula görə kişi məclisinə getmərəm, getmirəm də. Təkliflər olub, deyiblər ki, xaricdən qonaqlarımız gəlir. İstədiyiniz qonorarı verəcəyik. Amma getməmişəm".
Musavat.com xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib.
Rəqqasə ilk ailə həyatının dağılmasından da danışıb. O bildirib ki, keçmiş həyat yoldaşı ona şiddət göstərib:
"Deyirdim duz-çörək yeyəcəm, amma səni sevəcəm. Şiddət də gördüm. Soğan çörək yeyəcəm, amma səni sevəcəm. Bu, boşdur.
Gördüm ki, soğan-çörək yeyəndə səni öldürəcəklər. Qadınlar var ki, ailədə bu cür problemlə yaşayır, illərlə dözür. Deyirlər, bəs qohum, ailə? Təməli özüm qırdım. Dedim ki, qırıram, amma dözə də bilərdim. Biz deyənlə otur-dur, qapaz başında, amma döz.
Dərman içib özümü öldürmək istəmişəm, zəhərlənmişəm.Mədəmi yuyub, məni həyata qaytarıblar".
"Hazırda deyirlər gözəl ailən var. Amma bu ailə başqa ailənin üstünə qurulub, nikahın rəsmi deyil" sözlərinə Fatimə "İndi çox xoşbəxtəm. Həyatımda məni başa düşən, stimul verən, mənə dost olan insan var. Danışsam, böyük problem olacaq. Ona görə də danışmayım" cavabını verib.
Könül
Musavat.com






