FASİLƏ ET, SNİKERSLƏ...
Üstəlik, bu müraciət MŞ-nin formatına da uyğun gəlmir, çünki hər zaman biz jurnalistlər “niyə MŞ KİV-ə təzyiqlərə münasibət bildirmir” sualı verəndə ordan belə cavab gəlir: “Nizamnaməyə görə biz ancaq cəmiyyətlə mətbuat arasında nifaq hallarını həll etməyə mandat almışıq”. O üzdən, jurnalist Elmar Hüseynovun qətlinin açılması üçün MŞ MTN-ə müraciət etməklə əslində bu nifaqın (doğrudur, nifaq tərəflərindən biri öldürülüb, ancaq ölülər də dava apara bilirlər) bir tərəfinin hakimiyyət olmasına işarə vurmuşdur. Görün necə dərin nəticələrə vardıq...
İndi görək MTN müraciətə nə cavab veribdir. Yeri gəlmişkən, ortada cavab faktının olması da sevindirici haldır, çünki Eldar Mahmudovun idarəsində bəlkə başqası əyləşsə heç cavab verməzdi, deyərdi, gedin, qarnınızı qaşıyın, sizə nə var biz nə iş görürük. Mən ümumiyyətlə bizim hakimiyyət orqanlarında hərdən üzə çıxan belə nərmənazik davranışları anlamıram. Mətbuatın sualına cavab vermək, nə bilim, brifinq keçirtmək, xalqı qəbul etmək üçün günlər ayırmaq... Bunlar ölkəmizdə sabitliyi sarsıdan şeylərdir və zadlardır. Madam ki, orda-burda “mıqq” eləyənlərin təpəsinə vurmaq üçün dəyənək var, lazım olan qədər qoçu dəstələri və sümükqıran itlər bəslənib, yemlənir, belə demokratik oyunlara ehtiyac yoxdur. Bu gün sən xalqın sualına adam kimi cavab versən sabah o xalq düşünər ki, yəqin bunları seçki yolu ilə dəyişdirmək də mümkündür. Ağır taxtalı olun, yoldaşlar.
Nə isə, MTN MŞ-yə cavabında yazır ki, jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması üzrə indiyə qədər 1000-ə qədər hərəkət ediblər, ümumən bu iş fasiləsiz aparılır. Sitat: “Bu istiqamətdə istintaq əməliyyat tədbirləri bir an belə dayanmadan davam etdirilir”.
Elmar Hüseynov 2005-ci il martın 2-də evinin blokunda vəhşiliklə qətlə yetirilib. İndi 2011-ci ildir. Cavabdan belə çıxır ki, MTN 6 ildə bir an belə fasilə etmədən bu cinayətin açılması üçün çalışır.
Dəhşətdir. Hələ dünya istintaq hərəkətləri tarixində bu cür yorulmaz fəaliyyət qeydə alınmamışdır. Qanacaq lazımdır ki, bu saat xalq müraciət eləsin, Ginnesin rekordlar kitabının nümayəndələri sürüylə tökülüşüb gəlsinlər, bizim MTN-in 6 il fasiləsiz çalışmasını kitaba salsınlar. Bayram, şənbə-bazar demədən çekistlərimiz qatillərin tutulmasına çalışmışdır. Bir an belə dayanmayıblar! Məsələn, sən evdə divana yayxanıb şokoladla çay içərək “Qurdlar vadisi” və ya “Adını Feriha qoydum” serialına baxanda MTN qatil axtarıbdır. Guya MTN-in “fasilə edib snikersləməyə” haqqı yoxdur?
Sonda onu da qeyd edim ki, MŞ gərək gələcəkdə MTN-ə bu cür müraciətləri bir daha yazmasın. Çünki 6 ildə idarə cəmi bir dəfə məcburən fasilə etməli olubdur, onda da hörmətli Amaşovun müraciətinə cavab yazarkən. Belə suallara cavab yazmaq müddətində neçə zeytunluq satmaq... üzr istəyirəm, nə qədər istintaq hərəkəti eləmək olardı. Hərçənd məntiqlə bu cavabı da statistikaya aid eləmək olar və çekistlərimiz qürurla deyə bilərlər: “Artıq jurnalistin qətlinə aid 1001-ci istintaq hərəkətini yerinə yetirdik”.