İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook-un pornoqrafik hesab edib rəsmi səhifəsini bağladığı qəsəbənin adı haqqında MARAQLI FAKTLAR

1371 20.05.2021 19:19 Maraqlı A A

 

Facebook-un bu yaxınlarda pornoqrafik və təhqiramiz hesab etdiyi və rəsmi səhifəsini bağladığı Bitche qəsəbəsi barədə bilinməyənlər …

Fransanın şimal-şərqində yerləşən Bitche Town, keçən ay Facebook tərəfindən sanksiyaya məruz qaldı. Dünyanın nəhəng sosial media platforması olan Facebook şəhərin rəsmi səhifəsini pornoqrafik hesab edərək bağladı, lakin daha sonra üzr istədi.

Bitche qəsəbəsinin adının mənşəyi və buranın necə bir yer olması haqqında maraqlı faktları təqdim edirik.

Facebook’un Pornografik Sayfa Zannedip Hesabını Kapattığı Bitche Kasabası Hakkında 14 Detay

İngilis dilində "Bitche" sözü söyüşdür. Facebook da bu səhifənin zərərli olduğunu hesab edib, dərhal hərəkətə keçib.  Şəhərin rabitə meneceri Valerie Degouy qərara etiraz etmək üçün Facebook ilə əlaqə qurmağa çalışıb, lakin alınmayıb. Valerie Degouy daha sonra Bitche qəsəbəsinin poçt kodunu əsas götürərək "Mairie 57230" adlı yeni bir səhifə açdı.

Mairie 57230 bitche kasabası facebook listelist

Lakin hadisə sosial mediada sürətlə yayıldı və nəticədə Facebook məsələyə müdaxilə etmək məcburiyyətində qaldı. Dünyada 2,8 milyard aktiv istifadəçisi olan platforma hadisənin səhvən baş verdiyini bildirdi.

bitche kasabası facebook listelist

Facebook alqoritmlərin avtomatik hərəkətləri nəticəsində hesabın bağlandığını bildirdi. Əslində belə vəziyyətlərə informatikada "Scunthorpe problemi" deyilir.

“Scunthorpe problemi” veb saytların, e-poçtların, axtarış nəticələrinin və forum yazılarının istəmədən bir axtarış motoru və ya spam filtri tərəfindən bloklanması deməkdir.

Facebook-un Fransadakı səlahiyyətli işçisi şəhərin bələdiyyə başçısı Benoit Kiefferə zəng edərək üzr istəyib və səhifəni bərpa etdiklərini bildirib.

bitche kasabası facebook listelist

Bu qədər mübahisəli bir ada sahib olan qəsəbə öz adını haradan alıb?

Bitche Town öz adını qəsəbənin 76 m yuxarısında yerləşən qayanın üzərindəki qədim bir qaladan (1172-ci ildə Bytis Castrum adlanır) alır. Bir çox müharibəyə şahidlik edək Bitche qəsəbəsi zaman-zaman hərbi düşərgələrdən birinə çevrilib. Digər tərəfdən, bir müddət Almaniyanın hakimiyyəti altında olub, lakin sonradan Fransa onu yenidən öz torpaqlarına qatıb.

Bytis Castrum bitche kasabası listelist

Adı ilə bir yumor halına gələn bu şəhər, indi Fransanın şimal-şərqindəki Grand Est inzibati bölgəsinin Moselle hissəsində yerləşir. Bitche qəsəbəsi "uğursuz" adından başqa, 13-cü əsrdən qalma qalası ilə də məşhurdur. Bu qəsəbədə yaşayan insanlara Bitchois və ya Bitchoises deyilir.

Digər tərəfdən Bitche qəsəbəsinin adı yalnız Facebook-un deyil, həm də BBC-nin hazırladığı komediya proqramı olan QI-nın da radarlarına düşmüşdü.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR