İnsanlara hürriyət, millətlərə istiqlal!

"Facebook"un Kaliforniyadakı qərargahında partlayış təhlükəsi təsdiqini tapmayıb

266 12.12.2018 10:15 Dünya A A

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) yerləşən "Facebook" şirkətinin qərargahında partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb.

Trend-in məlumatına gröə, bu barədə Menlo-Park şəhərinin polis idarəsinin "Twitter" səhifəsində bildirilir.

Bildirilir ki, təhlükəsizlik baxımından kampusda yerləşən bir neçə bina təxliyə edilib. Yoxlamaların nəticələrinə görə, şübhəli bağlama və ya qurğu aşkar edilməyib.

Xatırladaq ki, daah əvvəl ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan birinin təxliyə edildiyi bildirilirdi. Binanın təxliyə edilməsinə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Qeyd edək ki, "Facebook"un qərargahında 15 minə yaxın əməkdaş çalışır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR