F-16 döyüş təyyarəsi qəzaya uğradı - Pilotlar həlak oldu
Misirin əl-İsmailiyyə şəhəri yaxınlığında silahlı qüvvələrə aid bir F-16 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
Avropa.info xəbər verir ki, təyyarə ölkənin şimal-şərqindəki İsmailiyyə şəhərində yerləşən Faid hərbi hava bazasında təlim uçuşu əsnasında yaranan texniki problem səbəbilə qəzaya uğrayıb.
Əldə olunan məlumata görə Misir ordusunun sözçüsü general Məhəmməd Samir verdiyi yazılı açıqlamada təyyarənin qəzaya uğraması nəticəsində pilotlardan ikisinin də həlak olduğunu bildirib.
Keçən ilin noyabr ayının sonlarında da Qahirə-İsmailiyyə yolundakı 6 Oktyabr bölgəsində yerləşən ərazilərdə hərbi vertolyot texniki səbəblə qəzaya uğramışdı.






