"Ezel"in Ramiz dayısının faciəli ölümü (FOTOSESSİYA, VİDEO)
Türkiyə kinosunun usta aktyoru Tuncel Kurtiz 77 yaşında dünyasını dəyişib. Musavat.com-un "Habertürk"ə istinadən verdiyi məlumata görə, aktyor idman edib qayıtdıqdan sonra evdə yıxılıb və başı yerə dəyib. İddialara görə, onun ölümünə bu bədbəxt hadisə səbəb olub. Amma ölüm səbəbi ilə bağlı hələlik rəsmi versiya açıqlanmayıb.
Tuncel Kurtiz səhnəyə 1958-ci ildə çıxıb. Onun ömrünə sığdırdığı bir çox film və tamaşa var.
Azərbaycan tamaşaçıları usta aktyoru "Ezel" serialındakı Ramiz dayı obrazı ilə daha çox tanıyırlar.






