İnsanlara hürriyət, millətlərə istiqlal!

EYNULLANIN İŞİ BİRİNCİ MƏHKƏMƏ İNSTANSİYASINA QAYTARILDI

1329 30.09.2010 13:19 Son xəbər A A

APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsinin protokolları ilə bağlı qeydlərini məhkəməyə təqdim edib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək, həmin qeydlərin birinci instansiya məhkəməsinə aid olduğunu, onların aplleyasiya məhkəməsində araşdırılmasının mümkün olmadığını deyib.

Eynulla Fətullayev vəsatət qaldıraraq işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Məhkəmə yerində müşavirəyə gedərək onun vəsatətini təmin edib.

İşin yenidən Qaradağ rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.

Təqsirləndirilən şəxsin vəkili İsaxan Aşurov jurnalistlərə açıqlamasında məhkəmənin qərarının düzgün addım olduğunu deyib: “Apellyasiya məhkəməsi protokollarla bağlı qeydləri araşdırıla bilməzdi”.

Xatırladaq ki, E. Fətullayev prosesdə qeyd edilən cinayət işi üzrə Qaradağ rayon Məhkəməsinin protokolları ilə tanış ola bilmədiyini qeyd edərək, ona əlavə vaxt verilməsini istəmişdi. Bu səbəbdən məhkəmə baxışı bir neçə dəfə təxirə salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR