Jurnalist Eynulla Fətullayev suriyalı qaçqınların Avstriya və Macarıstan sərhədində üzləşdikləri rəftarla, İtaliya, Fransa və Belçikada yerləşmələri ilə bağlı film hazırlayır.
Jurnalistin rəhbərlik etdiyi çəkliş qrupu adı çəkilən ölkələrdəki qaçqın şəhərciklərində olub, onların problemləriylə, xüsusilə də bəzi Avropa ölkələrində humanitar hüquqlarının pozulmasıyla bağlı süjetlər çəkib. Həmin süjetlərdə qaçqınların keçirdiyi kütləvi etiraz aksiyasının səbəbləri barədə də məlumat verilir.
Haqqin.az saytının yazdığına görə, filmin üzərində gedən iş oktyabrın sonuna qədər yekunlaşacaq.