İnsanlara hürriyət, millətlərə istiqlal!

Əyləncə məkanının mühafizəçisinə kəllə atan şəxsi və yanındakı qadını döydülər - ANBAAN VİDEO

1965 25.09.2022 01:57 Hadisə A A

İstanbulda məşhur əyləncə məkanına gələn biri qadın olmaqla 3 nəfər mübahisədən sonra təhlükəsizlik işçiləri tərəfindən dəqiqələrlə döyülüb.

Musavat.com xəbər verir ki, 10-a yaxın mühafizəçinin həmin şəxsləri döyməsi təhlükəsizlik kamerasına əks olunub.

Sentyabrın 8-i saat 01.30 radələrində baş verdiyi bildirilən hadisədə, içəri alınmayan şəxs mühafizəçilərdən birinə kəllə atıb. Təxminən 10 nəfər olan mühafizəçilər həmin şəxslə birlikdə yanındakı kişini və qadını yerə yıxaraq təpik və yumruq zərbələri ilə döyüblər.

Daha sonra sakitləşə bilməyən mühafizəçilər əllərindəki çubuqlarla həm qadını, həm də kişini şiddətlə döyüblər. Bəzi mühafizəçilər dostlarının 3 nəfəri döyməsinin qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. Dəhşətli anlar məkanın təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.

Bir müddət sonra əyləncə məkanına gələn silahlı qrupla mühafizəçilər arasında yenidən dava düşüb. Hadisə zamanı güllə yarası alan və ağır yaralanan mühafizəçi xəstəxanaya aparılıb. Xəbəri alan polis qrupları araşdırma başladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR