İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəlcədən razılaşdıqları şəxslərlə... - Tibb bacılarının ŞOK ƏMƏL VİDEO

1891 21.12.2021 14:10 Dünya A A

İtaliyanın Siciliya bölgəsində peyvəndə qarşı çıxan şəxslərin tibb bacıları və həkimlərlə gizli əməkdaşlıq etdiyi üzə çıxıb.

Musavat.com "Star"a istinadən xəbər verir ki, peyvənd sertifikatı almaq məcburiyyətində qalan şəxslərin tibb bacılarına pul ödəyərək, saxta sənədlər aldığı məlum olub. Belə ki, onlar peyvənd məntəqələrinə gələrək, əvvəlcədən razılaşdıqları tibb bacılarına yaxınlaşıblar.

Tibb bacıları isə peyvəndi şprisə doldursa da, tətbiq edilən anda peyvəndi kənara boşaldırmış. Hadisə ilə bağlı bir neçə şübhəli saxlanılıb.

Xatırladaq ki, İtaliyada müxtəlif peşə sahibləri işinə davam edə bilməsi üçün mütləq peyvənd sertifikatı almalıdır.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR