İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəl saray təlxəyi sonra isə İstiqlal Müharibəsinin qəhrəmanı olan "aslan ürəkli cırtdan"ın HƏYAT HEKAYƏSİ FOTOLAR

1611 19.09.2021 18:48 Maraqlı A A

Qurtuluş savaşına qatılan hər bir qəhrəmanın özünəməxsus hekayəsi var. Ancaq Əli Şamil Gülərin ​​hekayəsi şübhəsiz ki, ən maraqlılarından biridir.

Birinci dünya müharibəsinin ilk illərində Ənvər Paşa Şərq cəbhəsini yoxlamağa gedəndə cəmi 110 sm boyunda olan Ahlatlı (Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir kənd) bir gənc ona təqdim edildi.

Əli Şamilin vəzifəsi Ənvər Paşa və həyat yoldaşı Naciyə Sultanı sarayda əyləndirmək idi. Amma Birinci dünya müharibəsində işlər düz getmədikdə Ənvər Paşa qəfildən İstanbulu tərk edir.

Saliha Naciye Sultan Kimdir

Ustadsız qalan Əli Şamil Sultan Vahdettin qızı Ülviye Sultan sarayına aparılır. Sarayda maraqlı paltarlar geyinərək Sultanı əyləndirməyə çalışır. Əli Şamil digər saray təlxəkləri kimi deyildi. Hazırcavab olması ilə qısa zamanda hamının sevimlisinə çevrilmişdi. Qısa boyuna lağ etmək istəyənləri peşman edəcək bir zəkaya sahib idi.

Kurtuluş Savaşına Katılan Dev Yürekli Bir Cüce: Ali Şamil Güler |  ListeList.com

Ülviye Sultanın həyat yoldaşı İsmayıl Hakkı bəy Əli Şamili çox sevirdi. Aralarındakı iddialı nərd oyunları məşhur idi. Saraydakı günlər nərd məclisləri ilə keçdiyi bir zamanda Anadoluda Milli Mübarizə hərəkatı başlayır. İsmayıl Hakkı bəy cəsur bir zabit idi və Ulviye Sultanla bir bəhanə edərək gizlincə Anadoluya getməyə hazırlaşır. Bu işi hər kəsdən gizlətsə də, Əli Şamildən gizlədə bilmədi.

Osmanlı sülaləsi — Vikipediya

Əli Şamilin kiçik sinəsində nəhəng bir aslan ürəyi döyünürdü. İsmayıl Hakkı bəy onu özüylə aparmaq istəməyəndə "Ya məni özünlə apar, ya da hər şeyi Sultana deyərəm" deyir.

Beləliklə, ikili saraydan ayrılaraq üç illik çadır həyatı üçün ilk addımlarını atırlar. Saxta kimlikləri və kəndli geyimləri ilə ingilislərin nəzarətini aşaraq Adapazarıya çatırlar.

Mustafa Kamal Atatürk ikilinin hekayəsini eşidir və onları Ankaraya gətirir. Burada toplanan bir evdə Mustafa Kamalla görüşürlər.

Siyasetin çetin muharebe meydanı: Atatürk'ün sofraları | Independent Türkçe

Burada İsmayıl Hakkı bəy ona verilən işdən imtina edərək cəbhəyə getmək istəyəndə Əli Şamil də ona qoşulur.

Özünə xüsusi kostyum tapır və boyuna uyğun tikdirir.

Osmanlı Devleti: PAKİSTAN'DA OSMANLI İZLERİ

Saray həyatının rahatlığından ayrılaraq İstiqlal Müharibəsinin çətin mübarizəsinə girən bu "aslan ürəkli cırtdan"ın illəri düşməni cəbhədən cəbhəyə qədər təqib etməklə keçdi.

Osmanlıda "gülümsəyən" Əli Şamil Cümhuriyyətdə isə "Güler" soyadını aldı. 9 sentyabrda daxil olduğu İzmirdən ayrılmaq istəmir və Basmane Stansiyasında məmur oldu. Ömrünün son illərini İzmirdə keçirdi. İki dəfə evlənib. İki ailəsindən də ayrılıb. O, İzmirdə vəfat edib.

Turan Oruc
Musavat.com

KarboğazıTarih on Twitter: "Ya İstiklal Ya Ölüm! diyerekten Mustafa  Kemal'in direniş çağırısına uyarak saraydan kaçıp cephede çarpışan saray  soytarısı Ali Şamil Güler!… https://t.co/mEwGCYD2qM"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR