İnsanlara hürriyət, millətlərə istiqlal!

EVİN TƏK OĞLANLARI ƏSGƏRLİYƏ APARILMAYA BİLƏR

1912 07.08.2011 09:18 Ölkə A A
Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, hərbi çağırış qaydaları normal hala salınmalıdır: “Çağırış yaşı 28 yaşdan 30 yaşa qaldırılıb. Amma kifayət qədər problemlər meydana çıxıb. Çünki 18 yaşlı əsgərlə 30 yaşındakı bir xidmət edə bilmir. Təhsil Nazirliyi və Milli Məclisin Elm və təhsil komissiyasının təklifinə əsasən magistrlərə, aspiranturada təhsil alanlara möhlət hüququ verilməlidir. Ailənin tək oğlan övladına, şəhid oğluna güzəştə gedilməlidir. Düşünürəm ki, bu qanunlar dəyişməlidir”.
Ü.Cəfərov deyir ki, hərbi xidmətdən yayınanlara münasibət birmənalı deyil: “Gənc fəal Bəxtiyar Hacıyevi hərbi xidmətdən yayınmağa görə həbs ediblər. Gəlin etiraf edək ki, bu dəqiqə yüzlərlə gənc hərbi xidmətdən yayınmaq üçün müəyyən yollara əl atıb. Bəxtiyarı siyasi fəaliyyətinə görə həbs etmələri bir daha onu göstərir ki, bunlar hərbi qanunlardan da öz siyasi maraqları naminə istifadə edirlər”.
Qeyd edək ki, 2009-cu ilin aprelindən ölkədə hərbi xidmətə çağırış qaydalarına dəyişikliklər edilib, kompüterləşmə sistemi yaradılıb. İndi hər bir vətəndaş nə vaxt, harada və hansı qoşun növündə xidmət edəcəyini əvvəlcədən bilir. Çağırışçılar qoşun birləşmələrinə yerli hərbi komissarlıqlar deyil, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsi tərəfindən təyin olunurlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR