ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏDƏN İMTİNASININ SƏBƏBLƏRİ AÇIQLANACAQ
Bu gün Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesinin uzaldılması, Ə.Zeynallı tərəfindən təqdim olunan vəsatətləri məhkəmənin qəbul etməməsi ilə bağlı mətbuat konfransı keçiriləcək. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan Musavat.com-a verilən məlumata görə, ötən gün keçirilən məhkəmə prosesində “Xural” qəzetinin baş redaktorunun prokurora etiraz olaraq məhkəmə prosesindən imtina etməsi, məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınması ilə bağlı ictimaiyyətə açıqlamalar veriləcək.






