İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdən 6 minlik oğurluq edən şəxs əməlini etiraf etdi - VİDEO

873 29.11.2017 18:45 Son xəbər A A

Bərdə şəhər sakininin evini qarət edən şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, Nicatağa Bağırov noyabrın 26-da RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyi barədə məlumat verib.

Zərərçəkən evdən ona məxsus ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyalarının və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib.

Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR