Ermənilər Kəlbəcərdə olduğu kimi Ağdamdan da çıxarkən bəziləri evlərinə od vurub çıxıblar. Bu barbarlığı İŞİD belə öz vəhşi üsullarına daxil etməmişdi. Onlar baş kəsirdi, amma evləri yandırmırdılar.
Eləcə də alman nasistləri, italyan faşistləri, bosniyalıları qıran serb şovinistləri bunu etməyiblər. Amma ermənilər ağac kəsir, evə od vurur, heyvan başı kəsir. Yəni, kitablara, romanlara salınacaq dəhşətlərdir.
Amma bizdə bəziləri ermənilərin “didərgin” düşməsinin təəssübünü çəkirlər. Sanki Kəlbəcər, Ağdam onların dədə-baba yurdu olub. Lakin heç biri demir ki, kəlbəcərliləri evlərindən necə qovub çıxarıblar.
İnsan da evini yandırarmı? İnsan da meşələri qırarmı? Biz kimin halına acımalıyıq? Bu suallar ətrafında TV Musavat-ın canlı yayımında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu yazıçı-publisist Mirmehdi Ağaoğlu ilə söhbət edib. Verilişə aşağıdakı linklər vasitəsilə baxa bilərsiniz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat






