İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision” təmsilçimiz erməni təcavüzünün qurbanı olan uşaqlara mahnı həsr etdi VİDEO

516 20.11.2020 14:01 Şou-biznes A A

 

“Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (Aisel) Xalq artisti Alim Qasımovla “Yat rahat” adlı duetini təqdim edib.

Musavat.com xəbər verir ki, bəstənin musiqisi və sözləri ifaçının özünə məxsusdur. Muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb.

Aranjemanı Emin Kərim ərsəyə gətirib, balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib.

Aysel bildirib ki, mahnı ermənilərin Bərdə və Gəncədə törətdiyi terrordan sonra yazılıb və erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr edilib.

Könül
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR