İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision” rəhbəri Ukrayna-Rusiya qalmaqalına münasibət bildirdi

778 28.03.2017 01:53 Şou-biznes A A

Frank-Diter Fraylinq: “Əgər Ukraynanın verdiyi qərar yerində qalarsa...”

 

“Eurovision” Təşkilat Komitəsinin sədri Frank-Diter Fraylinq Ukrayna-Rusiya arasında yaşanan “Eurovision” qalmaqalına münasibət bildirib.

 

Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, Berlin qəzetlərinin birinə açıqlama verən Frank-Diter Fraylinq bildirib: “Biz dərhal məsələdən agah olduq. Və ümid edirik ki, yarışmada bütün namizədlər iştirak edəcək. Əgər Ukraynanın verdiyi qərar yerində qalarsa, onda Avropa Yayım Birliyi bütün gücü ilə çalışacaq ki, Rusiya da yarışmada olsun”.


Frank-Diter Fraylinq həmçinin qeyd edib ki, necə ki, Ukrayna Rusiyalı namizəd haqqında o cür qərar verib, eyni zamanda Rusiya tərəfi də digər ölkələrdən fərqli olaraq nümayəndə heyətinin qalması üçün yer sifariş etməyib.


Xatırladaq ki, Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın “Eurovision” təmsilçisi Yuliya Samoylova ölkəyə buraxılmaması barədə qərar qəbul edib. Qərara əsasən Y. Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir. Bununla da ifaçı Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin “qara siyahı”sına düşüb.

 

Rəsmi Ukrayna maraqlı şərt bəyanatı da gəlib: “Ukrayna yarışmaya təmsilçini o halda qəbul etməyə hazırdır ki, Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR