İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision”da İsrail böhranı: İki ölkə hərəkətə keçdi

855 31.01.2024 01:26 Mədəniyyət A A

İsrail iştirak edəcəyi təqdirdə İslandiya və Finlandiya “Eurovision” səs yarışmasını boykot edə bilər.

Bu barədə İsrail mətbuatında xəbərlər dərc olunub.

Bildirilib ki, Avropa Yayım Birliyi may ayında İsveçdə keçiriləcək müsabiqədə İsrailin iştirakına icazə verdiyi üçün İslandiya və Finlandiya boykot qərarını nəzərdən keçirir.

Xatırladaq ki, İslandiya, Finlandiya, Niderland və Norveç 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra Rusiyanın müsabiqədə iştirakına icazə veriləcəyi təqdirdə yarışı boykot edəcəklərini bildirmişdilər. Rusiya son iki ildir ardıcıl olaraq müsabiqədə iştirak etmir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR