İnsanlara hürriyət, millətlərə istiqlal!

"Eurovision 2016” da Ukrayna təmsilçisinin Krım tatarlarından bəhs edən ifası yenidən diqqət çəkdi - VİDEO

2270 15.05.2016 00:14 Şou-biznes A A

Ukraynanı “Eurovision 2016” mahnı müsabiqəsində  təmsil edən, krım tatarı Jamala ifası ilə diqqətləri yenidən üzərinə çəkib. 

Musavat.com xəbər verir ki, müsabiqədə Krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlı mahnı ifa edən Jamalanın ifası alqışlarla qarşılanıb. Söz və musiqisi Jamalaya məxsus olan mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.

Qeyd edək ki, Jamala “Qafqazinfo”ya müsahibəsi zamanı mahnının hekayəsini belə nəql etmişdi: “Mahnının mənbəyi mənim uşaqlığımdan gəlir. Əsərim uşaq olanda nənəmin mənə danışdığı hekayədən ilham alınaraq yaradılıb. Mahnı 1944-cü ildə ailəmin və bütün Krım tatarlarının başına gələn faciə haqqındadır. Daha dəqiq desək, Krım tatarlarının 1944-cü ildə Sovet Hakimiyyəti tərəfindən Krımdan Mərkəzi Asiyaya deportasiyasıdır. Onlar insanları həftələrlə yük qatarlarına vəhşi heyvanlar kimi susuz, qidasız şəkildə doldurmuş, sağ qalmayanları isə qatardan tullamış və ordaca qoyub getmişlər. Mənim nənəm də, həmçinin öz qızını həmin faciədə itirib. Amma “1944” insanlara keçmişdə yaşanmış, sanki bir “Holokost” kimi tarixi faciəni xatırladır və onları narahat edir. Biz gələcəkdə belə şeylərin baş verməməsi üçün onları unutmamalıyıq. Mən bu mesajı mümkün qədər çox insanlara çatdırmaq istəyirəm”.

Xatırladaq ki, Ermənistanın ictimai televiziyası (Hayastan 1 TV) Ukrayna təmsilçisi Jamalanın çıxışında türk sözlərindən istifadə etdiyinə görə yayımı kəsmişdi.

Musavat.com "1944" mahnısının sözlərini təqdim edir:

When strangers are coming...
They come to your house,
They kill you all
and say,
We’re not guilty
not guilty.

Where is your mind?
Humanity cries.
You think you are gods.
But everyone dies.
Don't swallow my soul.
Our souls

Yaşlığıma toyalmadım
Men bu yerde yaşalmadım
Yaşlığıma toyalmadım
Men bu yerde yaşalmadım

We could build a future
Where people are free
to live and love.
The happiest time.

Where is your heart?
Humanity rise.
You think you are gods
But everyone dies.
Don't swallow my soul.
Our souls

Yaşlığıma toyalmadım
Men bu yerde yaşalmadım
Yaşlığıma toyalmadım
Men bu yerde yaşalmadım

vatanima toyalmadim


Könül İbrahim
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR