İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision-2015” ilə bağlı keçirilən onlayn səsvermədə Azərbaycan dördüncü sıradadır

1669 28.03.2015 13:59 Son xəbər A A
“Eurovision-2015” mahnı müsabiqəsi ilə bağlı onlayn səsvermə keçirilir.

APA-nın oddschecker.com saytına istinadən xəbərinə görə, Azərbaycan onlayn səsvermədə 324 səslə 4-cü yerdədir.
 
Siyahıda birinci yerdə 477 səslə İtaliya, ikinci yerdə 459 səslə İsveç, üçüncü yerdə isə 353 səslə Estoniya qərarlaşıb.
 
Onlayn səsvermədə 2 min 987 nəfər iştirak edib.
 
Qeyd edək ki, nüfuzlu bukmeker kontorları isə “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi 2,50 əmsalla İsveçi görürlər.  
 
Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR