İnsanlara hürriyət, millətlərə istiqlal!

"Euronews” telekanalının əməkdaşları Suqovuşanda 

1103 03.12.2020 23:22 Gündəm A A

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Vətən müharibəsinin gedişatında, oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR