İnsanlara hürriyət, millətlərə istiqlal!

Euronews telekanalında VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqda süjet verilib

863 26.04.2015 02:15 Mədəniyyət A A
20-24 aprel tarixində Bakıda keçirilən VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqqında Euronews telekanalının "Lemag” proqramında süjet yayımlanıb. 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, proqramda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

 Süjetdə Qara Qarayev beynəlxalq müasir musiqi festivalının hər iki ildən bir keçirildiyi, müxtəlif beynəlxalq musiqi qruplarının bu festivalda təmsil olunduğu bildirilib.
Sonda qeyd olunub ki, Qara Qarayev festivalı üç ildən sonra keçiriləcək və bəstəkarın 100 illik yubileyinə həsr olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR