İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eunice” fırtınası Avropada azı 9 nəfərin həyatına son qoyub

207 19.02.2022 13:36 Dünya A A

Avropanın şimal-qərbində tüğyan edən “Eunice” fırtınası bir sıra ölkələrdə fəsadlar törədib. Nəticədə azı 9 nəfər ölüb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, fırtına zamanı küləyin sürəti rekord dərəcədə - saatda 196 kilometr olub. Yüz mindən çox bina işıqsız qalıb. Fırtına Avropada yüzlərlə uçuşun ləğv edilməsinə səbəb olub.

Niderlandda fırtına nəticəsində 4 nəfər həlak olub.

Belçikada güclü külək kranı xəstəxananın üzərinə aşırıb. Böyük Britaniyada 1 qadın və 2 kişi, İrlandiyada isə 1 nəfər ağacların aşması nəticəsində həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR