İnsanlara hürriyət, millətlərə istiqlal!

Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar - Politoloqdan çağırış

594 06.04.2024 16:25 Siyasət A A

"Beləliklə, 5 aprel Brüssel görüşü başa çatdı. Görüşdə faktiki olaraq Ermənistanın siyasət, iqtisadiyyat, informasiya,  elmi - texniki, humanitar, milli-ideoloji sahələrinin təhlükəsizliyi və inkişafını təmin etməyi məqsəd güdən qərarlar qəbul edildi. Bu görüş Ermənistana Qərbin əsas aktorları sayılan ABŞ və Aİ-nin, onların müxtəlif institutlarının açıq müstəvidə dəstəyi idi".

Bu fikirləri Musavat.com-a “Bakı Politoloqlar Klubu”nun sədri, politoloq Zaur Məmmədov deyib.

"Görünən odur ki, 44 günlük müharibə və 19-20 sentyabr antiterror tədbirlərinin yekunları kimi bölgədə formalaşmaqda olan yeni siyasi mənzərəyə qarşı ciddi təzyiqlər bundan sonra artan xətt üzrə davam edəcək. Brüssel görüşü və görüşə bəzilərinin "mülayim"  reaksiyası, bəzilərinin isə susqunluğu, kimin harada kimlə olduğunu göstərir", - deyə, ekspert əlavə edib.

O bildirib ki, Qərbin bəzi mərkəzlərinin və regional dövlətlərdən bəzilərinin planları Cənubi Qafqazı böyük fəlakətə gətirə bilər:

"Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar. Son baş verənlər fonunda  Türkiyə, İran, Rusiya, ABŞ, Aİ kimi aktorların Qafqazla bağlı fikir və arzularında uzlaşma və zidiyyətləri təhlil etsək ortada maraqlı bir mənzərə formalaşır.

Bu gün mövqelərini  bu və ya digər şəkildə ortaya qoyan uzaqdakı və yaxındakı aktorlar, sabah baş verəcək hadisələr fonunda bütün məsuliyyət yükünü çiyinlərində daşıyacaqlar. Bu gün erməni dövlətini aktiv və ya passiv şəkildə  bir daha dəstəkləyən aktorlar, sabah  bu davranışlar fonunda Azərbaycan dövlətinin hansı nəticələr çıxaracağına və hansı  adekvat qərarları verəcəyinə hazır olsunlar".

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR