İnsanlara hürriyət, millətlərə istiqlal!

“Etihad Airways” və “China Southern” Heydər Əliyev Beynəlxalq Aeroportunda oktyabr ayı üzrə ən punktual aviaşirkətlər olub

307 06.11.2019 14:56 Son xəbər A A

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Musavat.com - a verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstərib.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” и “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.
“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstərib.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Obyektivliyin artırılması məqsədilə reytinqə hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways”, habelə ay ərzində 5-dən az uçuş həyata keçirmiş aviaşirkətlər daxil edilməyib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirib, 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR