Estoniya prezidenti Kersti Klayulayd daxili işlər naziri Mart Helmenin ölkə hökumətində yer ala bilməyəcəyini söyləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu barədə özünün “Facebook” səhifəsində bəyanat verib.
“Zülm və nifrət söyləmi siyasi gündəmdən çıxmalıdır”,-deyə prezident yazıb.
Qeyd edək ki, dövlət başçısının bu cür bəyanına əsas səbəb ölkənin daxili işlər nazirinin Almaniyanın “Deutsche Welle” xəbər portalına verdiyi müsahibə olub.
Həmin müsahibədə Mart Helme belə bir cümlə işlədib: “Qanunvericilikdə nikahın yalnız kişi və qadın arasında bağlanacağı göstərilib, vəssalam”.
Bundan başqa o, geylərə “onlara daha yaxşı baxan” İsveçə qaçmağı məsləhət görərək, “şəxsən qeyri-ənəənəvi cinsi oriyentasyaya malik adamları qəbul etmədiyini” söyləyib.
Mühafizəkar nazirin bu sözləri liberal və sol-liberal kəsimlər tərəfindən sərt qaşrılanıb.
Kersti Kalyulayd isə nazirin istefası məsələsini baş nazir Yuri Ratasın diqqətinə çatdıracağını vurğulayıb.
Musavat.com






